Bank Of Baku

Polşa XİN başçısının birinci müavini Pavel Koval Azərbaycana gəlir

Polşa XİN başçısının birinci müavini Pavel Koval Azərbaycana gəlir
# 19 yanvar 2007 14:59 (UTC +04:00)
Polşanın xarici işlər nazirinin birinci müavini Pavel Koval yanvarın 22-də Bakıya gələcək. Polşanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində nazir müavininin Prezident Aparatı, Milli Məclis, Xarici İşlər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyində görüşləri planlaşdırılıb. Səfirlikdən onu da bildiriblər ki, aparılacaq danışıqlar zamanı Polşa ilə Azərbaycan arasında siyasi və iqtisadi münasibətlər, enerji sahəsində əməkdaşlıq, regional təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılacaq. Pavel Koval Bakı Slavyan Universitetində Polyak Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti ilə tanış olacaq, Azərbaycan neft sənayesinin görkəmli xadimi, polyak mühəndis Pavel Pototskinin məzarını ziyarət edəcək./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR