Bank Of Baku

Elmar Məmmədyarov sabah Küveytə rəsmi səfərə gedir

Elmar Məmmədyarov sabah Küveytə rəsmi səfərə gedir
# 19 yanvar 2007 15:06 (UTC +04:00)
Sabah Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Küveytə rəsmi səfəri başlayır. Bu barədə APA-ya Azərbaycanın Küveytdə fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev məlumat verib. Onun sözlərinə görə, səfər çərçivəsində Elmar Məmmədyarov Küveytin xarici işlər naziri, baş naziri və parlament sədri ilə görüşləri nəzərdə tutulub. Səfər çərçivəsində iki ölkənin xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələrin aparılması haqqında protokol imzalanacaq. Elmar Məmmədyarov Küveytə səfərini başa çatdırdıqdan sonra Moskvaya gedəcək. Yanvarın 23-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların növbəti raundu keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR