Bank Of Baku

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları erməni əsirliyində olan Azərbaycan əsgəri Samir Məmmədova növbəti dəfə baş çəkiblər

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları erməni əsirliyində olan Azərbaycan əsgəri Samir Məmmədova növbəti dəfə baş çəkiblər
# 19 yanvar 2007 15:12 (UTC +04:00)
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları sonuncu dəfə ermənilərin ötən il dekabrın 24-də əsir götürdüyü Azərbaycan Ordusunun hərbçisi Samir Nazim oğlu Məmmədovun ailəsi ilə dekabrın 16-da görüşüblər. Bu barədə APA-nın Qarabağ bürosuna əsirin ailəsindən məlumat verilib. Hərbçinin ailəsindən bildirilib ki, qurumun əməkdaşları S.Məmmədovun adından onlara 1 məktub təqdim ediblər: “Məktubda bircə cümlə yazılmışdı: “Mən yaxşıyam”. Biz məktubu Samirin yazdığına da inanmırıq, çünki xətti onun xəttinə oxşamırdı”. BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Gülnaz Quliyeva isə APA-ya bildirib ki, qurumun İrəvan nümayəndəliyinin əməkdaşları bu gün azərbaycanlı hərbçiyə növbəti dəfə baş çəkiblər: “Biz hərbçinin ailəsinin yazdığı məktubu İrəvana göndərmişik. Yaxınlarda məktub hərbçiyə veriləcək”. G.Quliyeva deyib ki, əsirin ailəsinin hər hansı şübhəsi varsa, BQXK-ya müraciət edə bilər.
Qeyd edək ki, Qazaxdakı “N” saylı hərbi hissədə xidmət edən kiçik çavuş S.Məmmədov hərbi xidmətə 1 il əvvəl Bərdə Hərbi Komissarlığından çağırılıb. S.Məmmədov dekabrın 24-də xidmət etdiyi hərbi hissədən 15 km aralıda, neytral zonada Qazax-İcevan sərhədində əsir götürülüb. Azərbaycanlı hərbçinin üzərində silah-sursat olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR