Bank Of Baku

YAP rəhbərliyi 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb

YAP rəhbərliyi 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb
# 19 yanvar 2007 15:14 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiya rəhbərliyi ilə bir qrup 20 Yanvar şəhidinin ailə üzvləri ilə görüş keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə YAP sədrinin müavini, icra katibi Əli Əhmədov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi tarixi cinayət ətrafında öz fikirlərini bildirib. O, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların qəhrəmanlığının gələcək nəsillərə örnək kimi çatdırılması üçün dövlət tərəfindən böyük tədbirlər həyata keçirildiyini qeyd edib. Ə. Əhmədovun sözlərinə görə, YAP şəhidlərin ailə üzvlərinə diqqət və qayğı ilə münasibət bildirməyi, problemləri ilə maraqlanmağı və imkanları daxilində maddi yardım göstərməyi həmişə özünə borc bilib. Görüşdə şəhid ailələrinin nümayəndələri də çıxış ediblər. Tədbirin sonunda YAP İcra Katibliyi adından şəhid ailələrinə maddi yardım göstərilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR