Bank Of Baku

Deputat Fazil Qəzənfəroğlu özünə köməkçi təyin edə bilmir

Deputat Fazil Qəzənfəroğlu özünə köməkçi təyin edə bilmir
# 19 yanvar 2007 15:14 (UTC +04:00)
“Milli Məclisin deputatlarına köməkçi ştatının ayrılması ilə bağlı qərar qəbul olunsa da, bu məsələ öz həllini tapmayıb”. Milli Məclisin (MM) deputatı Fazil Qəzənfəroğlu APA-ya bildirib ki, o, bir müddət öncə köməkçisinin sənədlərini MM-ə təqdim etsə də, qəbul edilməyib. F. Qəzənfəroğlu bununla bağlı MM rəhbərliyinə müraciət edəcəyini də deyib: “Qərar qəbul olunanda parlamentin rəhbərliyi tərəfindən bildirildi ki, köməkçilərin namizədliyi deputatlar tərəfindən veriləcək və məsələ qısa müddətdə həll ediləcək. Lakin prosedura deyildiyi kimi həyata keçirilmir”.
MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu isə APA-ya deyib ki, parlamentin kadr məsələləri üzrə şöbəsinə F. Qəzənfəroğlu tərəfindən müraciət daxil olmayıb. A. Təvəkküloğlu MM-in rəhbərliyinin bu məsələ ilə məşğul olduğunu da söyləyib: “Milli Məclisin rəhbərliyi bununla bağlı müvafiq tədbirlər görür. Hazırda köməkçilərin seçilməsi, statusu ilə bağlı prosedur müəyyənləşdirilir. Deputatlar tətildən qayıtdıqdan sonra onlara məktubla müraciət ediləcək və öz namizədlərini təqdim etmələri istəniləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR