Bank Of Baku

Milli Məclisdə Azərbaycanla Rusiya arasında Qəbələ RLS-in icarəsinə dair müqaviləyə yenidən baxılması məsələsi qaldırılacaq

Milli Məclisdə Azərbaycanla Rusiya arasında Qəbələ RLS-in icarəsinə dair müqaviləyə yenidən baxılması məsələsi qaldırılacaq
# 19 yanvar 2007 16:02 (UTC +04:00)
Bu barədə APA-ya parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Zahid Oruc məlumat verib. Z.Orucun sözlərinə görə, millət vəkillərinin əksəriyyəti bu fikirdədir: “RLS-in icarə müqaviləsi sırf iqtisadi məsələdir və burada heç bir siyasi motiv yoxdur. Digər tərəfdən, Rusiyanın enerji siyasəti müqaviləyə təkrar baxmağı zərurətə çevirir, bu məsələ hökumətlər arasında imzalanmış müqavilədə də əksini tapıb. Rusiyanın son altı aydakı davranışları buna tam əsas verir”.
Qeyd edək ki, Rusiya “Dəryal” RLS-ə görə ildə Azərbaycana 7 mln. ABŞ dolları məbləğində icarə haqqı ödəyir. 10 il müddətinə imzalanmış müqaviləni ratifikasiya edən Milli Məclisdə isə hesab edirlər ki, enerji daşıyıcılarının dünya bazarında qiymətinin qalxması, eləcə də stansiyanın ətraf mühitə və insanlara təsirləri nəzərə alınaraq icarə müqaviləsi yenilənməlidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR