Bank Of Baku

ADP rəhbərliyi Ali Məclisin sədri Akif Şahbazovla bağlı MNTK-ya müraciət etmək fikrindən daşınıb

ADP rəhbərliyi Ali Məclisin sədri Akif Şahbazovla bağlı MNTK-ya müraciət etmək fikrindən daşınıb
# 19 yanvar 2007 16:12 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) rəhbərliyi partiyanın Ali Məclisinin sədri Akif Şahbazovla bağlı Mərkəzi Nəzarət Təftiş Komissiyasına (MNTK) müraciət etmək fikrindən daşınıb. Bu barədə APA-ya partiya sədrinin birinci müavini Sərdar Cəlaloğlu məlumat verib. Onun sözlərinə görə, məsələylə bağlı partiya daxilində müzakirələr aparılıb və MNTK-ya müraciət etməmək qərarı verilib. A. Şahbazovun bəyanatları ilə bağlı atılacaq addımlara gəldikdə birinci müavin bildirib ki, bununla bağlı partiyada müzakirələr davam etdiriləcək və müvafiq qərar qəbul olunacaq. A. Şahbazovun ötən gün S. Cəlaloğlu ilə bağlı yaydığı bəyanata gəldikdə birinci müavin bu bəyanatla bağlı hər hansı fikir bildirmək niyyətində olmadığını deyib: “Biz partiya daxilindəki proseslərlə bağlı mətbuatda müzakirə aparmaq fikrində deyilik. Yalnız hər hansı qərar qəbul olunandan sonra həmin qərarla bağlı açıqlama veriləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR