Bank Of Baku

Xarici işlər nazirinin müavini Xələf Xələfov Səudiyyə Ərəbistanı Krallığının ali təhsil nazirini qəbul edib

Xarici işlər nazirinin müavini Xələf Xələfov Səudiyyə Ərəbistanı Krallığının ali təhsil nazirini qəbul edib
# 19 yanvar 2007 16:13 (UTC +04:00)
Bu gün Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Səudiyyə Ərəbistanı Krallığının ali təhsil naziri doktor Xalid əl-Anqarinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, X.Xələfov ölkələrimiz arasında bütün sahələrdə qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, gələcəkdə də bu münasibətlərin inkişaf etdirilməsinin vacibliyini qeyd edib. O, Səudiyyə Ərəbistanı Krallığının ErmənistanAzərbaycan münaqişəsinin həlli prosesində Azərbaycanın mövqeyini BMT, İKT və digər beynəlxalq təşkilatlar çərçivəsində birmənalı şəkildə daim müdafiə etməsini yüksək qiymətləndirib.
Öz növbəsində, qonaq siyasi, təhlükəsizlik, elm və təhsil, səhiyyə, mədəniyyət sahələrində inkişaf etməkdə olan münasibətlərin daha da genişləndirilməsinin tərəfdarı olduğunu söyləyib. O, Azərbaycanın Təhsil Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ali Təhsil Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın və qarşılıqlı mübadilənin həyata keçirilməsi üçün vacib əhəmiyyət kəsb etdiyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR