Bank Of Baku

Qənirə Paşayeva AŞPA Nazirlər Komitəsinə “Ermənistanda “Şuşanın azadlığı” abidəsinin qoyulması planı”” adı yazılı sorğu göndərib

Qənirə Paşayeva AŞPA Nazirlər Komitəsinə “Ermənistanda “Şuşanın azadlığı” abidəsinin qoyulması planı”” adı yazılı sorğu göndərib
# 19 yanvar 2007 16:52 (UTC +04:00)
Q.Paşayevanın APA-ya verdiyi məlumata görə, sənəddə Ermənistan AŞ-nin digər üzvi olan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20%-ni hələ də işğal altında saxladığı, işğal altında olan Dağlıq Qarabağda və ətraf ərazilərdə separatçı rejim tərəfindən aparılmış etnik təmizləmə siyasətə qədər azərbaycanlıların, erməni əsilli Azərbaycan vətəndaşlarının və digər etnik qrupların yaşadığı qeyd olunur. Sənəddə deyilir: “Azərbaycan mədəniyyətinin Dağlıq Qarabağda yerləşən məşhur tarixi mərkəzlərindən biri əhalisinin 90%-ni azərbaycanlıların təşkil etdiyi Şuşa şəhəridir. 1992-ci ildən bəri həmin azərbaycanlıların hamısı Ermənistanın təcavüzü nəticəsində yurd-yuvalarından məcburi köçkün düşüb. İndi isə Ermənistan tərəfi reallığı daha da təhrif etmək, yenə də beynəlxalq ictimaiyyəti çaşdırmaq, silah gücünə əldə olunmuş “status-kvo”nun saxlanmasına istiqamətlənmiş açıq-aşkar niyyətlə İrəvan meriyasının “Şuşanın Azadlığı” adlandırılan abidə ucaltmasını planlaşdırır”. Bunları əsas gətirən millət vəkili Q.Paşayeva Nazirlər Komitəsindən Ermənistanın fəaliyyətinə dair ATƏT-in Minsk Qrupu həmsədrlərindən hansı hüquqi və siyasi qiymətləndirilmə tələb edə biləcəyini soruşub. Bundan başqa, o, Ermənistanın davam edən sülhə nail olmaq prosesinə açıq-aşkar mane olduğunu vurğulamaqla, 15 ildən artıqdır ki, ev-eşiklərindən və normal həyatlarından məhrum olunmuş insanların hissləri ilə oynayan layihədən çəkindirmək üçün Nazirlər Komitəsinin təsir mexanizmdən istifadə edərək, hansı addımlar atacağını sual edib. Millət vəkili, həmçinin, Nazirlər Komitəsinin səlahiyyətində olan effektiv mexanizmlərdən istifadə edərək, Ermənistan hökumətini regionda uzun müddətli sülhün bərqərar olmasını əngəlləyən fəaliyyətini və AŞPA-nın 1416 saylı (2003) qətnaməsinə əməl etməməsini soruşmamasının səbəbinə də aydınlıq gətirilməsini istəyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR