Bank Of Baku

Fövqəladə Hallar Nazirliyində 20 Yanvar faciəsinin 17ci ildönümü münasibətilə mərasim keçirilib

Fövqəladə Hallar Nazirliyində 20 Yanvar faciəsinin 17ci ildönümü münasibətilə mərasim keçirilib
# 19 yanvar 2007 17:11 (UTC +04:00)
Bu gün Fövqəladə Hallar Nazirliyində 20 Yanvar faciəsinin 17ci ildönümü münasibətilə mərasim keçirilib. Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə Əlaqə İdarəsinin mətbuat xidməti şöbəsindən APA-ya verilən məlumata görə, mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev 1990cı il yanvarın 19dan 20nə keçən gecə baş verən faciəli hadisələr dünya tarixindəki böyük cinayətlər sırasındadır. O, faciə nəticəsində dinc əhaliyə atəş açıldığını, nəticədə 131 nəfərin şəhid olduğunu, 744 nəfərin yaralandığını, 841 nəfərin isə qanunsuz olaraq həbs olunduğunu xatırladıb. E. Mirzəyev hadisə ilə bağlı yanvarın 21-də o zaman Moskvada yaşayan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin heç bir təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə baş çəkdiyini, faciə ilə əlaqədar xalqımıza başsağlığı verdiyini də vurğulayıb. Nazir müavini faciəyə məhz Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra lazımi hüquqi və siyasi qiymətin verildiyini vurğulayıb: “Milli Məclisdə 20 Yanvar faciəsi ilə bağlı məsələnin ətraflı və dərindən araşdırıldı, 1994-cü il martın 29-da parlamentdə “1990-cı il Yanvarın 20-də Bakıda törədilən faciəvi hadisələr haqqında” xüsusi qərar qəbul edildi”. Nazir müavini bu faciənin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarından da yan keçmədiyini deyib. Onun sözlərinə görə, yanvarın 20-də gecə saat 00:38 dəqiqədə “Azərbaycan” nəşriyyatına, yanğın yerinə tələsən Nəsimi rayon Dövlət Yanğından Mühafizə Xidmətinin sürücüsü Oleq Yusupovun idarə etdiyi yanğınsöndürmə maşını güllə-baran edilib. Həmin gecə Yasamal rayon Dövlət Yanğından Mühafizə Xidmətinin 2-ci yanğın bölməsinin əməkdaşı daxili xidmət serjantı Yamil Qaraəhmədov ağır yaralanaraq, 2-ci qrup əlil olub./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR