Bank Of Baku

Bu gün Azərbaycanda 20 yanvar faciəsinin 17-ci ildönümü qeyd olunur

Bu gün Azərbaycanda 20 yanvar faciəsinin 17-ci ildönümü qeyd olunur
# 20 yanvar 2007 08:06 (UTC +04:00)
APA-nın məlumatına görə, bununla bağlı Azərbaycanda qeyri-iş günü, ümumxalq hüzn günü elan olunub. Ölkədəki bütün kütləvi informasiya vasitələri, televiziyalar yalnız bu günlə bağlı məlumatlar yayırlar. Azərbaycanın hökumət və dövlət nümayəndələri, sadə vətəndaşları 20 yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edirlər. Ziyarət axşam saatlarına qədər davam edəcək. Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet Qoşunları Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə güllə-baran edib. Hadisə nəticəsində 131 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
1994-cü ildə Azərbaycan Milli Məclisi 20 yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR