Bank Of Baku

20 yanvar faciəsinin ildönümü münasibətilə Azərbaycanın Rusiyadakı səfirliyində dəyirmi masa keçirilib

20 yanvar faciəsinin ildönümü münasibətilə Azərbaycanın Rusiyadakı səfirliyində dəyirmi masa keçirilib
# 20 yanvar 2007 08:16 (UTC +04:00)
APA-nın Rusiya bürosunun məlumatına görə, tədbirdə Azərbaycan diaspor qurumlarının nümayəndələri, tanınmış tarixçilər, politoloqlar, jurnalistlər və 20 yanvar hadisəsinin canlı şahidləri iştirak ediblər. Tədbir şəhidlərin ruhunun yad olunması ilə başlayıb. Daha sonra 20 yanvar hadisələrinin baş vermə səbəblərinə dair fikir mübadiləsi aparılıb, məruzələr, çıxışlar dinlənilib. Dəyirmi masada çıxış edən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun politoloqu 20 yanvar hadisələrinin səbəblərinin araşdırılması üçün Rusiya-Azərbaycan birgə təhqiqat qrupunun yaradılması təklifi ilə çıxış edib. O, qrup tərəfindən müvafiq materialların toplanmasının, daha sonra isə bu materiallar əsasında faciənin baş vermə səbəblərinin araşdırılmasını zəruri sayıb. Bu təklif dəyirmi masa iştirakçıları tərəfindən dəstəklənib. “Beynəlxalq Tarix” jurnalının şef-redaktoru Natalya Davletşina çıxışında 20 yanvar faciəsinin əsas günahkarlarının, məsələn Yevgeni Primakovun Azərbaycana sərbəst şəkildə səfər etməsinə təəccübləndiyini bildirib. “RİA Novosti” agentliyinin hərbi müxbiri, 20 yanvar hadisələri zamanı Bakıya soxulan rus qoşunlarının tərkibində olmuş, hadisələrin canlı şahidi Vladimir Litovkinin çıxışı isə dəyirmi masa iştirakçılarının narazılığına səbəb olub. O, Bakı küçələrində barrikada quran şəxslər arasında çoxlu sayda pulla ələ alınmış insanın olduğunu deyib. Lakin dəyirmi masa iştirakçılarının, xüsusilə “Azadlıq” radiosunun müxbiri Oleq Qusevin ciddi etirazlarından sonra Litovkin üzr istəməyə məcbur olub. Toplantının sonunda tədbir iştirakçılarına Qarabağın tarixindən bəhs edən nəşrlər hədiyyə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR