Bank Of Baku

Almaniyanın Köln şəhərində regional konfrans keçiriləcək

Almaniyanın Köln şəhərində regional konfrans keçiriləcək
# 22 yanvar 2007 08:33 (UTC +04:00)
Bu gün Almaniyanın Köln şəhərində yerli idarəetmə strukturları ilə tanışlıq məqsədi daşıyan regional konfrans keçiriləcək. Milli Məclisdən APA-ya daxil olan məlumata görə, konfransda Azərbaycan parlamentini deputat Tahir Rzayev təmsil edəcək. Azərbaycan və Gürcüstan nümayəndələri üçün Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti tərəfindən təşkil olunan tədbirdə regional infrastrukturun inkişafı, bu sahədə qanunvericilik, regionlarda həyata keçirilən iqtisadi və strateji siyasət, torpaqlardan istifadənin planlaşdırılması və digər mövzular müzakirə ediləcək. Tədbir iştirakçıları səfər çərçivəsində Almaniyanın bir neçə şəhərində olacaq, dövlət strukturlarının və yerli idarəetmə orqanlarının rəhbərləri ilə fikir mübadiləsi aparacaqlar. Səfər fevralın 2-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR