Bank Of Baku

Azərbaycanın Rumıniyadakı və İrandakı səfirliklərində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım mərasimləri keçirilib

Azərbaycanın Rumıniyadakı və İrandakı səfirliklərində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım mərasimləri keçirilib
# 22 yanvar 2007 09:00 (UTC +04:00)
Yanvarın 20-də Azərbaycanın Rumıniyadakı səfirliyində 20 Yanvar faciəsinin 17-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib. Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan Ticarət və Sənaye Palatasının üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar icmasının nümayəndələri və KİV nümayəndələri iştirak edib. Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov 1990-cı ilin 20 yanvarında sovet rejiminin Azərbaycan xalqına qarşı vəhşilik aktı, öz konstitusion hüquqlarının bərqərar edilməsi tələbi ilə çıxış edən dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan vətən oğullarının vəhşicəsinə gülləbaran edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Həmin gün Azərbaycanın İrandakı səfirliyində də 1990-cı il 20 yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib. Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə İranda fəaliyyət göstərən Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Rusiya, Ukrayna, Polşa, Yəmən, Banqladeş, Nigeriya və digər ölkələrin səfirləri, o cümlədən bu ölkədə akkreditə olunan beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. İranda təhsil alan azərbaycanlı tələbələrin də qatıldığı mərasimdə baş verən faciə haqda tədbir iştirakçılarına müfəssəl məlumat verilib. Tədbirdə bildirilib ki, faciə zamanı 130-dan artıq insan qətlə yetirilib, 700-dən çox adam isə yaralanıb. Digər çıxış edənlər də 20 Yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri pisləyib, milli azadlıq yolunda şəhid olan qəhrəmanların tarixdə əbədi yaşayacaqlarını deyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR