Bank Of Baku

“Azadlıq” bloku və Müsavatın kütləvi aksiyalarla bağlı müraciətləri Bakı şəhər İcra Hakimiyyətində araşdırılır

“Azadlıq” bloku və Müsavatın kütləvi aksiyalarla bağlı müraciətləri Bakı şəhər İcra Hakimiyyətində araşdırılır
# 22 yanvar 2007 09:12 (UTC +04:00)
“Azadlıq” blokunun və Müsavat Partiyasının kütləvi aksiyalar keçirməklə bağlı müraciətləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən araşdırılır. Bu barədə APA-ya BŞİH-in ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov məlumat verib. Onun sözlərinə görə, qanunvericiliyə uyğun olaraq müraciətlərə aksiyaların təyin olunduğu vaxta 24 saat müddət qalana kimi cavab veriləcək. Z. Ramazanov aksiyaların sanksiyalaşdırılıb-sanksiyalaşdırılmayacağı ilə bağlı əvvəlcədən hər hansı fikir bildirmək istəməyib.
Xatırladaq ki, “Azadlıq” bloku yanvarın 26-da müəyyənləşdirdiyi 9 ünvandan birində, Müsavat Partiyası isə yanvarın 28-də Həzi Aslanov metrostansiyası Ukrayna meydanı istiqamətində yürüş-mitinqin keçirilməsi ilə bağlı şəhər rəhbərliyinə müraciət edib./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR