Bank Of Baku

İqbal Ağazadə: “YAP funksionerləri ilə dialoqun iqtidar-müxalifət münasibətlərinə heç bir təsiri olmayacaq”

İqbal Ağazadə: “YAP funksionerləri ilə dialoqun iqtidar-müxalifət münasibətlərinə heç bir təsiri olmayacaq”
# 02 fevral 2007 08:54 (UTC +04:00)
“Yeni Azərbaycan Partiyasının icra strukturlarında təmsil olunan şəxslərlə hər hansı dialoq aparmağın tərəfdarı deyiləm. Çünki o adamlar iqtidarın siyasətini tənzimləyən və müəyyənləşdirən fiqurlar deyil”. Bu fikirləri APA-ya açıqlamasında Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib. YAP funksionerləri ilə dialoq aparmağın ictimai-siyasi proseslərə və iqtidar-müxalifət münasibətlərinə heç bir təsirinin olmayacağını bildirən İ.Ağazadə hesab edir ki, dialoq hakimiyyət nümayəndələri ilə aparılmalıdır. ADP-nin dialoqla bağlı YAP-a müraciətinə gəldikdə, İ.Ağazadə bu məsələyə münasibət bildlirmək niyyətində olmadığını deyib: “Bu qərarı ADP-nin ali orqanları qəbul edib və ayrı bir partiyanın rəhbəri olaraq bu məsələyə münasibət bildirməyi düzgün hesab etmirəm. Digər partiyaların rəhbərlərinin də bu məsələyə münasibət açıqlamasını yanlış hesab edirəm. Biz bu prosesə müdaxilə etməmək qərarına gəlmişik. Demokratik cəmiyyət qurmaq istəyiriksə, fərdlərin və təşkilatların siyasi texnologiyalarına dözümlü yanaşmağı bacarmalıyıq. Amma məndən soruşulsa ki, hakimiyyətə ADP kimi münasibət göstərib dialoqa getməyə tərəfdarmısınız, buna cavab başqa ola bilər. Bu gün Azərbaycan hakimiyyəti dialoqa hazır deyil”. İ.Ağazadə hesab edir ki, dialoq təklifinin olacağı halda, birinci növbədə onun priedimeti müəyyənləşməlidir: “Yoxsa təsadüfi, mövzusu bilinməyən dialoqa getmək mənim üçün aydın deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR