Bank Of Baku

Vasili İstratov: “Zəruri məsələlər ortaya çıxarsa, təşkilat olaraq GUAM-la əməkdaşlıq edə bilərik”

Vasili İstratov: “Zəruri məsələlər ortaya çıxarsa, təşkilat olaraq GUAM-la əməkdaşlıq edə bilərik”
# 02 fevral 2007 12:01 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov deyib. Onun sözlərinə görə, Rusiyanın GUAM üzvləri ilə əlaqələri Rusiya-GUAM səviyyəsində yox, ikitərəfli əlaqələr səviyyəsindədir: “GUAM ölkələrinin hər biri ilə ayrıca hərəkət istiqamətimiz var. Ancaq əməkdaşlığı zəruri edən məsələlər ortaya çıxarsa, təşkilat olaraq GUAM-la da əməkdaşlıq edə bilərik”. Səfir Azərbaycanla Rusiya arasındakı iqtisadi münasibətlərə də toxunaraq bu münasibətlərin hazırkı səviyyəsinin əsl potensialı əks etdirmədiyini vurğulayıb. O bildirib ki, Azərbaycan kapital qoyuluşu, o cümlədən Rusiya kapitalı üçün perspektivli ölkədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR