Bank Of Baku

Bir qrup ADP-çi Sərdar Cəlaloğlunun partiyanı təmsil etmək hüququndan məhrum olunmasını istəyir

Bir qrup ADP-çi Sərdar Cəlaloğlunun partiyanı təmsil etmək hüququndan məhrum olunmasını istəyir
# 05 fevral 2007 13:51 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) Nəsimi rayon təşkilatı partiya sədrinin I müavini Sərdar Cəlaloğlunun “Azadlıq” blokunda ADP-ni təmsil etmək statusundan məhrum edilməsini və başqa partiya funksioner ilə əvəzlənməsi tələbi ilə bəyanat yayıb. Təşkilatdan APA-ya daxil olan bəyanatda 2005-ci ilin parlament seçkilərindən sonra Azərbaycanda yaranan yeni siyasi şəraitdə uyğun olaraq ADP-nin siyasi taktikasında radikal elementlərin islahatına ciddi ehtiyac olduğu, bütün siyasi qüvvələrin Yeni Azərbaycan Partiyası (YAP) ilə konstruktivizmə əsaslanan siyasi dialoqa başlamasının zamanın tələbi olduğu vurğulanıb: “Siyasi taktikada dəyişiklərə uyğun olaraq yeni kadrlara ciddi ehtiyac var, Ali Məclisin 27 yanvar qərarı partiya sədrindən xəbərsiz qəbul edilib və Yeni Azərbaycan Partiyası ilə siyasi dialoq qərarının birinci müavin tərəfindən cəmiyyətə yanlış və ziddiyyətli təqdim olunması nəticəsində Azərbaycan Demokrat Partiyasının imicinə ağır zərbə vurulub. Sədrin birinci müavini Sərdar Cəlaloğlunun qeyri-ciddi və ziddiyyətli açıqlamaları, partiya ətrafında yersiz spekuliyasiyalara və müttəfiqlərimizlə münasibətlərin yersiz gərginləşməsinə yol açıb, S.Cəlaloğlu partiya sədri Rəsul Quliyevə qarşı qeyri-etik bəyanatlar verməklə, əsas partiya elektoratının, o cümlədən Nəsimi Təşkilatının yüzlərlə üzvünün etimadını itirib. Müttəfiqlər və rəqiblər qarşısında partiyanın şərəf və ləyaqətini lazımi səviyyədə müdafiə edə bilmədiyini nəzərə alaraq S. Cəlaloğlunun “Azadlıq” blokunda ADP-ni təmsil etmək statusundan məhrum edilməsini və başqa bir partiya funksioner ilə əvəzlənməsini zəruri hesab edirik”.
ADP sədrinin I müavini S. Cəlaloğlu isə APA-ya açıqlamasında ADP-nin Nəsimi rayon təşkilatının sədri Ağa Abdullaoğlunu “xəstə” adlandırıb: “O, bəyanatlar verərkən məsuliyyət hiss etmir. Bu adam partiya ilə əlaqələrini çoxdan itirib, kənarda dayanıb bəyanatlar verir”. O, bu bəyanatların verilməsində “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevi günahkar bilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR