Bank Of Baku

Sabir Rüstəmxanlı: “Türkdilli Dövlətlərin Parlament Assambleyası yaradılmalıdır”

Sabir Rüstəmxanlı: “Türkdilli Dövlətlərin Parlament Assambleyası yaradılmalıdır”
# 05 fevral 2007 15:09 (UTC +04:00)
“Milli Məclisin sədri Oqtay Əsədov Türkdilli Dövlətlərinin Parlament Assambleyası yaradılması təklifi ilə çıxış edərsə, sözügedən qurmun yaradılması prosesinə təkan vermiş olar”. APA-nın məlumatına görə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib ki, indiki dövrdə buna böyük ehtiyac var və assambleya türkdilli ölkələr arasında əlaqələrin istiləşməsinə xidmət edər. S.Rüstəmxanlı bu yöndə müxtəlif təkliflərin səsləndirildiyini, lakin həmin təkliflərin reallığa çevrilməsində problem yarandığını deyib: “Mən özüm dəfələrlə belə bir təşəbbüslə çıxış etmişəm və bu gün də öz mövqeyimdə qalıram. Hesab edirəm ki, indiki qarmaqarışıq geosiyasi situasiyada belə bir assambleyanın yaradılması türkdilli dövlətlər arasında əlaqələrin, əməkdaşlıq və dostluq münasibətlərinin daha da güclənməsinə gətirib çıxarar. Odur ki, assambleyanın yaradılmasına başlanılmadır. Buna böyük zəruri ehtiyac var. Bu məsələnin reallaşdırılmasına tələsməliyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR