Bank Of Baku

ABŞ dövlət katibinin müşaviri Kolin Qraffinin Qubada keçirdiyi mətbuat konfransı zamanı insident yaranıb

ABŞ dövlət katibinin müşaviri Kolin Qraffinin Qubada keçirdiyi mətbuat konfransı zamanı insident yaranıb
# 05 fevral 2007 15:13 (UTC +04:00)
Azərbaycana rəsmi səfərə gələn ABŞ dövlət katibinin müşaviri Kolin Qraffi bu gün şimal bölgəsinə səfər edib. APA-nın xəbərinə görə, qonaq Quba rayonunda yəhudilərin yığcam yaşadığı Qırmızı qəsəbədəki sinaqoqa baş çəkdikdən sonra media üçün brifinq keçirərkən insident baş verib. Belə ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı Sevinc Mirzəyeva "Lider" televiziyasının əməkdaşı Məsim Məsimovun "ABŞ Nümayəndələr Palatası “erməni soyqırımı”nı tanıyarsa, bu, ABŞ-Türkiyə və ABŞ-Azərbaycan münasibətlərinə təsir edəcəkmi?" sualını tərcümə etmək istəməyib. Qısa mübahisədən və M. Məsimovun təkidindən sonra xanım K. Qraffi sualı cavablandırıb. O bildirib ki, bütün demokratik dövlətlərdə olduğu kimi, ABŞ-da da hakimiyyətin icra və qanunverici qolları var. Onun sözlərinə görə, qanunverici orqanın qəbul etdiyi qərarlar icra orqanının və prezidentin mövqeyini əks etdirmir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR