Bank Of Baku

BAXCP Qars bələdiyyə başqanı Naif Əlibəyoğlunun əməllərini Türkiyə və Azərbaycana xəyanət sayır

BAXCP Qars bələdiyyə başqanı Naif Əlibəyoğlunun əməllərini Türkiyə və Azərbaycana xəyanət sayır
# 05 fevral 2007 15:22 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda prezident İlham Əliyevin Fransaya dövlət səfərinin nəticələri müzakirə edilib. İmzalanan birgə bəyannamədə Fransanın Azərbaycanın ərazi bütövlüyünü tanıması faktının vurğulanması, erməni lobbisinin güclü olduğu bir ölkədə Ermənistanın işğalçılıq siyasəti ilə bağlı həqiqətlərin İ. Əliyev tərəfindən səsləndirilməsi önəmli hadisə kimi qiymətləndirilib. Toplantıda Azərbaycan-Türkiyə münasibətlərinin mövcud durumu da müzakirə mövzusu olub. BAXCP İdarə Heyəti Qars bələdiyyəsinin Türkiyənin Ermənistanla dövlət sərhədlərinin açılması ilə bağlı apardığı kampaniyadan və Qarsda “türk-erməni dostluğu”nun şərəfinə abidə ucaldılmasından təəssüfləndiyini bildirib. Qars bələdiyyə başqanı Naif Əlibəyoğlunun əməllərinin hər iki dövlətə qarşı xəyanət olduğu bəyan edilib. Toplantının sonunda BAXCP-nin bir sıra rayon təşkilatlarında növbəti konfranslara hazırlığın vəziyyəti müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR