Bank Of Baku

Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Xammerberq gələn ay Azərbaycana səfər edəcək

Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Xammerberq gələn ay Azərbaycana səfər edəcək
# 05 fevral 2007 15:28 (UTC +04:00)
Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Xammerberq fevralın 11-18-də Gürcüstana səfər edəcək. Tomas Xammerberqin ofisindən APA-ya verilən məlumata görə, səfər proqramına Gürcüstanın münaqişə zonalarına səfər etmək daxildir. İnsan hüquqları komissarının Azərbaycana səfəri isə martın ikinci yarısına planlaşdırılır. Ofisdən bildiriblər ki, hələlik Tomas Xammerberqin Dağlıq Qarabağa səfər edib-etməyəcəyi dəqiqləşməyib. Komissar Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair hesabat hazırlayacaq və bu hesabat Avropa Şurasına təqdim olunacaq. Buna görə də onun Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməyəcəyi ehtimalı böyükdür. Ofisdən bildiriblər ki, Tomas Xammerberqin Dağlıq Qarabağ ərazisinə səfəri Azərbaycana növbəti gəlişi zamanı gerçəkləşə bilər. Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Xammerberq ilin ikinci yarısında Ermənistana da səfər edəcək, səfərin məqsədi bu ölkədə insan hüquqlarının vəziyyətinə dair hesabat hazırlamaqdır. Qeyd edək ki, Tomas Xammerberq sonuncu dəfə Azərbaycana ötən ilin mayında səfər edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR