Bank Of Baku

Qüdrət Həsənquliyev: “Milli Məclisin fəaliyyətini qənaətbəxş saymıram”

Qüdrət Həsənquliyev: “Milli Məclisin fəaliyyətini qənaətbəxş saymıram”
# 13 mart 2007 09:50 (UTC +04:00)
“Milli Məclisin fəaliyyətini qənaətbəxş saymıram. Milli Məclis ölkədəki proseslərə lazımi reaksiya göstərə, islahatların gedişinə yüksək səviyyədə dəstək verə, qanun aliliyinin bərpa olunması istiqamətində müəyyən addımlar ata bilmir”. Bu sözləri APA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. Ölkədə parlamentdə müzakirəyə çıxarılması zəruri olan xeyli hadisə baş verdiyini vurğulayan deputat MM-in yalnız qanunverici orqan funksiyasını yerinə yetirməsindən təəssüfləndiyini bildirib: “Parlament əsasən icra orqanından gələn qanun layihələrinin qəbulu ilə məşğuldur. Daimi komissiyalarda qanun layihələrinin hazırlanması işi olduqca aşağı səviyyədədir”. Q. Həsənquliyevin fikrincə, parlament ölkədə islahatların sürətləndirilməsi istiqamətində çox iş görə bilər. O qeyd edib ki, ikinci çağırışla müqayisədə hazırkı MM-in çatışmayan cəhətlərindən biri də iclasların vaxtlı vaxtında keçirilməməsidir: “Ancaq deputatların söz alması baxımından indi vəziyyət daha yaxşıdır. Murtuz Ələsgərovun vaxtında bu, çətin idi. İndi deputat təkidlə çıxış etmək istəyəndə ona söz verilir”. Q. Həsənquliyev MM-də qaldırılan məsələlərin həlli istiqamətində qurumun strukturları tərəfindən müəyyən işlərin görüldüyünü də söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR