Bank Of Baku

Heydər Əliyev Fondunun Buxarestdə təmsilçiliyi açılacaq

Heydər Əliyev Fondunun Buxarestdə təmsilçiliyi açılacaq
# 13 mart 2007 10:43 (UTC +04:00)
Heydər Əliyev Fondunun Buxarestdə təmsilçiliyi açılacaq. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, fondun Rumıniya paytaxtında açılması nəzərdə tutulan nümayəndəliyi Mərkəzi və Cənub-Şərqi Avropa təmsilçiliyi adlanacaq. Hal-hazırda fondun nümayəndəliyinin açılması məqsədilə lazımi sənədlər Rumıniyanın müvafiq orqanlarına təqdim olunub, hazırda bu ölkənin Nazirlər Kabineti sənədlərin araşdırılması ilə məşğuldur. Yaxın günlərdə qeydiyyat prosedurunun tamamlanması gözlənilir. Bundan sonra isə Buxarestin mərkəzində təmsilçiliyin fəaliyyət göstərəcəyi binanın müəyyənləşdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, hazırda Avropada yalnız Parisdə Heydər Əliyev Fondunun təmsilçiliyi fəaliyyət göstərir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR