Bank Of Baku

Rauf Qurbanov: “Azərbaycan Kommunist Partiyasında ciddi dəyişikliyə ehtiyac var”

Rauf Qurbanov: “Azərbaycan Kommunist Partiyasında ciddi dəyişikliyə ehtiyac var”
# 13 mart 2007 11:52 (UTC +04:00)
“Azərbaycan Kommunist Partiyası üzvlərinin əksəriyyəti təşkilatdakı hərəkətsizliyin nə zamana qədər davam edəcəyi ilə maraqlanırlar. Belə demək mümkünsə, təşkilat daxilində partiya sədri Ramiz Əhmədovun səhhəti ilə əlaqədar gərginlik yaranıb”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Kommunist Partiyasının (AKP) sədr müavini Rauf Qurbanov deyib. Onun sözlərinə görə, partiya sədrinin səhhətində problemin olması sirr deyil və bu barədə bütün AKP üzvləri məlumatlıdır. R. Qurbanov narazılığın artmaması və partiyanın aktiv fəaliyyət göstərməsi üçün qurumda ciddi dəyişikliyə ehtiyac olduğunu söyləyib.
Xəstəliyi ilə əlaqədar AKP sədri Ramiz Əhmədovla əlaqə yaratmaq mümkün olmayıb. Telefon zənglərinə cavab verən ailə üzvləri onun yanında həkim olduğunu bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR