Bank Of Baku

Etibar Məmmədov: “İsa Qəmbərlə görüşməmişəm, görüşmək fikrim də yoxdur”

Etibar Məmmədov: “İsa Qəmbərlə görüşməmişəm, görüşmək fikrim də yoxdur”
# 13 mart 2007 12:41 (UTC +04:00)
“Mən İsa Qəmbərlə görüşməmişəm və görüşmək fikrim də yoxdur”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov son günlər mətbuatda onun Müsavat başqanı İsa Qəmbərlə görüş keçirərək 2008-ci il prezident seçkiləri ilə bağlı müzakirələr aparması haqda məlumatlara münasibət bildirərkən deyib. Müsavat Partiyasından AMİP-ə və yaxud AMİP-dən Müsavata belə bir görüşün keçirilməsi ilə bağlı müraciətlərin olmadığını bildirən E. Məmmədov bu tipli məlumatların məqsədli şəkildə ortaya atıldığını qeyd edib. 2008-ci il prezident seçkiləri ilə bağlı atacağı addımlara gəldikdə, E. Məmmədov indiki məqamda bu məsələni aktual hesab etmədiyini deyib: “Mənim üçün bu məsələlər gündəmdə deyil. Ona görə də bu barədə hər hansı müzakirə aparmaq fikrim yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR