Bank Of Baku

Müsavat Partiyasının deputat qrupu “Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında” qanun layihəsini Milli Məclis rəhbərliyinə təqdim edəcək

Müsavat Partiyasının deputat qrupu “Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında” qanun layihəsini Milli Məclis rəhbərliyinə təqdim edəcək
# 14 mart 2007 10:09 (UTC +04:00)
Müsavat Partiyasının deputat qrupu yaxın günlərdə “Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında” qanun layihəsini Milli Məclis rəhbərliyinə təqdim edəcək. Bu barədə APA-ya Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, layihədə seçki komissiyalarının iqtidar və müxalifət partiyaları arasında paritet əsaslarla formalaşdırılması təklif edilib. A. Hacılı bildirib ki, layihədə komissiyaların formalaşdırılması prinsipləri, iqtidar və müxalifətin sərhədləri aydın şəkildə izah olunub və beynəlxalq qurumların da bu prinsiplərə dəstək verdiyi qeyd olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR