Bank Of Baku

Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi ADP-nin qurultayı mayın birinci ongünlüyündə keçiriləcək

Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi ADP-nin qurultayı mayın birinci ongünlüyündə keçiriləcək
# 14 mart 2007 10:23 (UTC +04:00)
Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyasının (ADP) qurultayı mayın birinci ongünlüyündə keçiriləcək. Bu barədə APA-ya Sərdar Cəlaloğlu məlumat verib. Onun sözlərinə görə, artıq partiyanın rayon təşkilatlarında konfranslar başlayıb. Konfransların keçirilməsi ilə bağlı qrafikin hazırlandığını bildirən S. Cəlaloğlu aprelin sonuna kimi bu prosesin yekunlaşacağını qeyd edib: “Bir çox rayon təşkilatlarında artıq konfransların vaxtı təyin olunub. Amma bəzi rayon təşkilatlarında partiyadan çıxarılmış adamlar var ki, onlar guya yerli təşkilatların alternativ konfranslarını keçirirlər. Amma bunlar qeyri-qanuni addımlardır. Belə konfransların keçirilməsinin heç bir hüquqi əsası olmadığına görə biz onlarla bağlı məhkəmələrdə qərarların çıxarılmasına çalışacağıq. Onlar çox biabırçı hərəkətlər edərək bu toplantıları təşkil edirlər. Biz bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinə də müraciət etmişik, yəqin ki, son sözü nazirlik deyəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR