Bank Of Baku

Talış Mədəniyyət Mərkəzinin sədri Seyfulla Əsədullayev: “Azərbaycanda talışların hüquqlarının pozulmasını söyləmək cəfəngiyyatdır”

Talış Mədəniyyət Mərkəzinin sədri Seyfulla Əsədullayev: “Azərbaycanda talışların hüquqlarının pozulmasını söyləmək cəfəngiyyatdır”
# 14 mart 2007 10:33 (UTC +04:00)
APA-nın Rusiya bürosunun məlumatına görə, aksiyaya hazırlaşanlar arasında separatçı əməllərinə görə vaxtilə Azərbaycanda məsuliyyətə cəlb edilmiş şəxslərə bağlı insanlar da var. Onlar guya Azərbaycanda talışlara qarşı təzyiqlərin edilməsinə, onların hüquqlarının pozulmasına etiraz bildirmək istəyirlər.
Talış Mədəniyyət Mərkəzinin sədri Seyfulla Əsədullayev isə APA-ya açıqlamasında aksiya keçirmək istəyənlərin səhvə yol verdiklərini bildirib. “Ələkrəm Hümmətov həm talış, həm də Azərbaycan xalqına ləkədir. Bu gün Azərbaycanda talışların hüquqlarının pozulduğunu deyənlər cəfəngiyyatla məşğul olurlar. Talışlar Azərbaycan vətəndaşlarıdır və bu ölkənin bütün vətəndaşları kimi tam hüquqlarından istifadə edirlər”.
Bir qrupun talışların adından aksiya keçirmək istəyini Lənkəran ziyalıları da narazılıqla qarşılayıb. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyoru, xalq artisti Qabil Quliyev APA-nın cənub bürosuna açıqlamasında hər hansı separatçılıq əməllərinin qəti əleyhinə olduğunu, bütün millətlərdən və dinlərdən olan vətəndaşların ölkəmizdə azad, sərbəst yaşayıb işləmələri üçün hər cür şəraitin yaradıldığını bildirib: “Separatizmin milliyyəti olmur. Bu, hər bir ölkəni, hər bir xalqı inkişafdan saxlayan, müharibələri alovlandıran, vətəndaş qarşıdurmasına rəvac verən xəstəlikdir. Separatizm rəngindən, irqindən, xarakterindən asılı olmayaraq bütün insanlığın düşmənidir”. Lənkəran şəhər sakini, müəllim Ayaz Əhmədov da APA-nın cənub bürosuna açıqlamasında talışların adından istifadə edən bir qrupun Rusiyada Azərbaycan əleyhinə aksiya keçirmək istəyini pisləyib. Onun sözlərinə görə, bölgədə yaşayan bütün xalqlar həmişə mehriban, dostluq, qardaşlıq şəraitində yaşayıb və onların arasında milli zəmində heç bir qarşıdurma, münaqişə baş verməyib: “Ələkrəm Hümmətovun əməlləri hamı üçün dərs olmalıydı. Təəssüf ki, aramızda hələ də ayrı-ayrı xarici qüvvələrin təsiri altına düşənlər var. Başa düşə bilmərəm ki, Milli Elmlər Akademiyasında işləyən Novruzəli Məmmədova və onun kimilərinə daha nə lazım idi? Dövlət idarəsində əyləşib dövlət əleyhinə iş aparan şəxslərə bir ziyalı və vətəndaş kimi heç cür haqq qazandırmıram”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR