Bank Of Baku

Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatı martın 25-də aksiya keçirəcək

Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatı martın 25-də aksiya keçirəcək
# 14 mart 2007 11:15 (UTC +04:00)
Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatı şəhərdə yaranmış sosial problemlərə etiraz olaraq martın 25-də aksiya keçirməyi planlaşdırır. Bu barədə APA-ya Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri, millət vəkili İkram İsrafilov məlumat verib. Onun sözlərinə görə, aksiyaya icazə verilməsi üçün müraciət yaxın günlərdə Sumqayıt şəhər İcra Hakimiyyətinə təqdim olunacaq. Aksiyada “Azərikimya” Dövlət Şirkətinin müəssisələrində çalışan insanların problemlərinin həlli tələb olunacaq. Partiya aksiyanın keçirilməsi üçün 3 yer - “Kimyaçılar” mədəniyyət sarayını, İcra Hakimiyyətinin və ya “Azərikimya” Dövlət Şirkətinin qarşısını təklif edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR