Bank Of Baku

Berlində “Avropada yaşıllar ideologiyasının perspektivləri” mövzusunda tədbir keçiriləcək

Berlində “Avropada yaşıllar ideologiyasının perspektivləri” mövzusunda tədbir keçiriləcək
# 14 mart 2007 12:46 (UTC +04:00)
Martın 16-dan 19-dək Berlində Avropa Yaşıllar Federasiyasının (AYF) təşəbbüsü ilə “Avropada yaşıllar ideologiyasının perspektivləri” mövzusunda tədbir keçiriləcək. Azərbaycan Yaşıllar Partiyasının (AYP) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirə 50-yə yaxın ölkədən yaşıllar partiyalarının rəhbərləri dəvəti edilib. Azərbaycandan isə bu toplantıda AYP-nın həmsədri Mayis Güləliyev iştirak edəcək. Partiyadan verilən digər məlumatda isə bildirilib ki, qurumun həmsədri M. Güləliyev Rusiya Birləşmiş Partiyasının (“Yabloko”) sədri Qriqori Yavlinskinin dəvəti ilə Moskvaya səfərə gedib. Səfər çərçivəsində partiyalararası ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR