Bank Of Baku

Azərbaycan əsgəri Samir Məmmədovun əsirlikdən azad edilməsi üçün Ermənistan tərəfə müraciət edilib

Azərbaycan əsgəri Samir Məmmədovun əsirlikdən azad edilməsi üçün Ermənistan tərəfə müraciət edilib
# 14 mart 2007 12:57 (UTC +04:00)
Bu barədə APA-ya komissiyanın katibi Şahin Sayılov bildirib. O qeyd edib ki, əsgərimizin əsirlikdən azad olunması üçün Ermənistan tərəfinə müraciət də olunub. Ş. Sayılov Dövlət Komissiyasının Beynəlxalq Qırmızı Xaç Komitəsi, ATƏT və digər beynəlxalq qurumlar vasitəsi ilə bu istiqamətdə fəaliyyətini davam etdirdiyini söyləyib: “Əsgərin azad olunması barədə konkret cavab almasaq da, ümid edirik ki, Samir Məmmədovu geri qaytara biləcəyik”.
Əsir və girovlarla iş üzrə Beynəlxalq İşçi Qrupun Azərbaycan üzrə koordinatoru Əvəz Həsənov da APA-ya açıqlamasında deyib ki, S. Məmmədovun azad olunması üçün Beynəlxalq İşçi Qrupun həmsədri Berhard Klazen Ermənistan tərəfində müraciət edib: “Qrupun Ermənistandakı nümayəndəsi Karene Minasyan məsələni diqqətdə saxlayır. Hələlik Ermənistan tərəfi edilən müraciətə cavab verməyib. Biz onların cavabını gözləyirik”.
Qeyd edək ki, Samir Məmmədov ötən ilin dekabrın 24-də əsir götürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR