Bank Of Baku

Sərdar Cəlaloğlu ədliyyə nazirinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

Sərdar Cəlaloğlu ədliyyə nazirinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib
# 14 mart 2007 13:30 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) bir hissəsinə rəhbərlik edən Sərdar Cəlaloğlu bu gün ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. Bu barədə APA-ya partiyanın mətbuat xdmətindən məlumat daxil olub. ADP sıralarından xaric olunmuş bir qrup şəxsin Ali Məclis adı altında iclas keçirdiyini bildirən S. Cəlaloğlu onların partiyanın fövqəladə qurultayının çağırılması ilə bağlı qeyri-qanuni qərar qəbul etdiklərini qeyd edib. Bunun “Siyasi partiyalar haqqında” qanuna və ADP-nin Nizamnaməsinə zidd olduğunu vurğulayan TK sədri bununla bağlı müvafiq məhkəmə orqanlarına müraciət edildiyini xatırladıb: “Təəssüf ki, bu günə qədər həmin şəxslərin qeyri-qanuni hərəkətlərinin qarşısının alınması ilə bağlı heç bir tədbir görülməyib. ADP-nin üzvü olmayan həmin şəxslər 14 aprel 2007-ci il tarixdə partiya adından saxta qurultay keçirməyə hazırlaşırlar. ADP adından qeyri-qanuni fəaliyyət göstərən həmin şəxslərin özbaşına hərəkətlərinin qarşısının alınması üçün müvafiq tədbirlər görülməsini xahiş edirəm”. S. Cəlaloğlu həmçinin Bakı şəhər İcra Hakimiyyətinə Rəsul Quliyevin tərəfdarlarına ADP adı ilə qurultay keçirmək üçün yer ayrılmaması xahişi ilə müraciət edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR