Bank Of Baku

Azərbaycanın Türkiyədəki səfirliyi 31 Mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə tədbir keçirəcək

Azərbaycanın Türkiyədəki səfirliyi 31 Mart - Azərbaycanlıların soyqırımı günü  münasibətilə tədbir keçirəcək
# 14 mart 2007 16:21 (UTC +04:00)
Azərbaycanın Türkiyədəki səfirliyi 31 Mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə tədbir keçirəcək. Bu barədə APA-ya Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri Zakir Həşimov məlumat verib. Onun sözlərinə görə, martın 31-də səfirlikdə Türkiyə Böyük Millət Məclisi üzvlərinin, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin və səfirliyin əməkdaşlarının iştirakı ilə anım mərasimi keçiriləcək. Bundan başqa Türkiyə kütləvi informasiya vasitələrində 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş materiallar yerləşdiriləcək. Zakir Həşimov, həmçinin Novruz bayramı münasibətilə səfirlikdə bayram tədbirlərinin keçiriləcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR