Bank Of Baku

Eldar Mahmudov Robert Simmonsu qəbul edib

Eldar Mahmudov Robert Simmonsu qəbul edib
# 15 mart 2007 16:08 (UTC +04:00)
Bu gün milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsu qəbul edib. Bu barədə APA-ya nazirliyin İctimai Əlaqələr Mərkəzindən məlumat verilib. E.Mahmudov NATO ilə Azərbaycan arasında “Fərdi Tərəfdaşlıq Planı”nın müvəffəqiyyətlə həyata keçirildiyini və hazırda ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıb. O, bu işdə Azərbaycan prezidenti İlham Əliyevin NATO ilə əməkdaşlığın daha da intensivləşdirilməsi və Avro-Atlantika məkanına inteqrasiyasının gücləndirilməsi üzrə qəbul etdiyi qərarların, verdiyi göstərişlərin mühüm rol oynadığını qeyd edib. Səfər çərçivəsində aparılan müzakirələrin nəticələrindən razı qaldığını bildirən Robert Simmons Azərbaycanın “Fərdi Tərəfdaşlıq Planı”nın icrası üzrə müvafiq dövlət qurumlarının, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin gördüyü işlərdən NATO tərəfinin məmnun olduğunu deyib. Görüşdə Azərbaycanla NATO arasında münasibətlərin ardıcıl inkişafı ilə bağlı digər məsələləri də müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR