Bank Of Baku

Türkiyə Milli Güvənlik Kurulunun idarə rəisi Gürsəl Dəmirok: “Biz ermənilərin üstünə elm və sənədlə getməliyik”

Türkiyə Milli Güvənlik Kurulunun idarə rəisi Gürsəl Dəmirok: “Biz ermənilərin üstünə elm və sənədlə getməliyik”
# 16 mart 2007 08:09 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-nın Türkiyə bürosuna Türkiyə Milli Güvənlik Kurulunun idarə rəisi Gürsəl Demirok verib. O, Osmanlı hökumətinin bitərəf ölkələrə müraciətini arxivlərdən taparaq ictimaiyyətə açıqladığını vurğulayıb: “Eyni zamanda ingilis arxivlərindən tapdığım başqa bir sənəd göstərir ki, İngiltərə əsassız soyqırımı iddialarını araşdırmaq üçün bu beş ölkənin komissiya yaratması təşəbbüsünə qarşı çıxıb. İndi mən bu ölkələrdən soruşuram: Osmanlı hökumətinin tələbinə niyə cavab vermədiniz? Bizim başımız dik, üzümüz ağdır. O dövrün həqiqətləri başqadır. Mən Qaziantepdə doğulmuşam, birinci dünya müharibəsində fransızlar ermənilərə öz əsgərlərinin paltarlarını geyindirib türklərin üstünə göndəriblər. Bizim ailəmiz də o zaman fransız əsgəri paltarı geyərək türklərə hücum edən ermənilərin soyqırımına məruz qalıb. Ermənilər kin-küdurəti kənara qoymalıdır. Bir xalq öz kimliyini qorumaq istəyirsə, mədəniyyətinə, adət-ənənəsinə sahib çıxmalıdır. Kin və nifrətlə etnik kimliyi qorumaq mümkün deyil”. Gürsəl Demirok ermənilərin Qərbdəki diaspora vasitəsi ilə Türkiyəni sıxışdırmağa çalışdığın deyib: “Bizim alnımız açıqdır. Ermənilərə “gəlin, arxivlərə baxın” deyirik. Onlar isə həqiqətləri görmək və eşitmək istəmirlər. Biz onların üstünə elm və sənədlə getməliyik, çünki qorxub-çəkinəcək heç nəyimiz yoxdur. Kimin kimi öldürməsinə dair tarixdə çox sənəd-sübut var. Mən Almaniya imperiyasının arxivlərində Osmanlı hökumətinin idarə edən şəxsləri Ənvər Paşanı, Tələt Paşanı, Midhət Paşanı tərifləyən bir çox sənəd tapmışam. 1992-ci ildə ermənilər Xocalıda soyqırımı həyata keçiriblər. Öz cinayətlərini ört-basdır etmək üçün başqa ölkələrə böhtan atırlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR