Bank Of Baku

Araz Əlizadə: “Ümid edirik ki, prezident İlham Əliyev Ayaz Mütəllibovun Azərbaycana dönməsi ilə bağlı yaranmış problemi həll edəcək”

Araz Əlizadə: “Ümid edirik ki, prezident İlham Əliyev Ayaz Mütəllibovun Azərbaycana dönməsi ilə bağlı yaranmış problemi həll edəcək”
# 16 mart 2007 11:17 (UTC +04:00)
“Ayaz Mütəllibovun Azərbaycana dönməsi məsələsi dövlət başçısının iradəsindən asılıdır”. Bu sözləri APA-ya Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib. A. Əlizadənin sözlərinə görə, Ayaz Mütəllibovun Azərbaycana dönməsi ilə bağlı beynəlxalq təşkilatların ölkə rəhbərliyinə ünvanladığı müraciətlər cavabsız qalıb. O, A. Mütəllibovun 2005-ci ildə Azərbaycan pasportu almaq üçün daxili işlər naziri Ramil Usubova müraciət etdiyini də xatırladıb: “Ayaz Mütəllibov Azərbaycan vətəndaşı olduğundan bu ölkənin pasportunu almaq hüququ var. Lakin nədənsə Ayaz Mütəllibov bu imkandan məhrum edildi”. A. Əlizadə A. Mütəllibovun Azərbaycana dönməsi ilə bağlı yaranan problemin prezident İlham Əliyev tərəfindən həll olunacağına ümid bəslədiyini də deyib: “Prezidentin qərarını gözləyirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR