Bank Of Baku

Sərdar Cəlaloğlu MDİ-nin Bakı ofisinin rəhbəri ilə görüşüb

Sərdar Cəlaloğlu MDİ-nin Bakı ofisinin rəhbəri ilə görüşüb
# 16 mart 2007 12:12 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) bir hissəsinə rəhbərlik edən Sərdar Cəlaloğlu bu gün ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin direktoru Emi Şultsla görüşüb. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Görüşdə MDİ ilə ADP arasında əməkdaşlıq, partiyanın Mərkəzi Araratı ilə MDİ təmsilçilərinin əlaqələrinin yaranması, partiyanın yerli təşkilatlarında birgə tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Keçiriləcək tədbirlərin mövzularının müəyyənləşdirilməsi üçün aprelin 3-də MDİ-nin ofisində ADP-nin geniş nümayəndə heyətinin daha bir görüşünün keçirilməsi barədə razılıq əldə edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR