Bank Of Baku

Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi ADP-nin qurultayına YAP təmsilçiləri də dəvət olunacaq

Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi ADP-nin qurultayına YAP təmsilçiləri də dəvət olunacaq
# 16 mart 2007 12:14 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi hissəsinin qurultayına Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri də dəvət olunacaq. Bu barədə APA-ya partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Həsrət Rüstəmov məlumat verib. Onun sözlərinə görə, ADP-nin bundan əvvəl keçirilmiş qurultaylarına da YAP təmsilçiləri dəvət olunub və bəzi qurultaylarda hakim partiyanın təmsilçiləri iştirak ediblər. Onun sözlərinə görə, qurultayın dəqiq vaxtı aprelin ikinci yarısında müəyyənləşəcək və bundan sonra qonaqların dəqiq siyahısı tutulacaq: “Azərbaycandakı diplomatik korpusun bütün nümayəndələri və siyasi partiyaların rəhbərləri qurultaya dəvət olunacaqlar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR