Bank Of Baku

Ötən il Azərbaycanda inflyasiyanın səviyyəsi 8,3% olub

Ötən il Azərbaycanda inflyasiyanın səviyyəsi 8,3% olub
# 16 mart 2007 12:31 (UTC +04:00)
İnflyasiya təzyiqlərinə baxmayaraq, Azərbaycan hökuməti 2006-cı ildə inflyasiyanı 8,3% səviyyəsində saxlamağa nail olub. APA-Economics-in məlumatına görə, bunu martın 16-da parlamentdə hökumətin hesabatını təqdim edən baş nazir Artur Rasizadə deyib. Ötən il ölkədə həyata keçirilən antiinflyasiya tədbirlərinin nəticə verdiyini diqqətə çatdıran baş nazir deyib ki, əhalinin nominal pul gəlirləri 23,4% artıb, ayda adambaşına düşən nominal pul gəlirləri 81 manatdan 99 manata çatdırılıb. Əhalinin pul gəlirlərinin artımı inflyasiyanı 2,8 dəfə üstələyib. 2006-cı ilin dekabrında orta aylıq əməkhaqqı 20% artaraq 151 manat təşkil edib. /APA-Economics/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR