Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyəti Müsavatın mitinqinə razılıq verib

Bakı şəhər İcra Hakimiyyəti Müsavatın mitinqinə razılıq verib
# 16 mart 2007 12:42 (UTC +04:00)
Müsavat Partiyasının martın 18-də yürüş-mitinq keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə etdiyi müraciətə müsbət cavab verilib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Şəhər rəhbərliyi partiyaya ünvanladığı cavab məktubunda aksiyanın keçirilməsinə etiraz etmədiyini bildirib. Qeyd edək ki, enerji daşıyıcılarının qiymətlərinin artırılması ilə bağlı Tarif Şurasının qərarına etiraz olaraq partiya martın 18-nə yürüş-mitinq təyin edib. Aksiya metronun Həzi Aslanov stansiyasından saat 15.00-da yürüşlə başlayacaq, Ukrayna meydanında mitinqlə davam edəcək və saat 17.00-da başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR