Bank Of Baku

Robert Simmons: “NATO İranın nüvə proqramından narahatdır”

Robert Simmons: “NATO İranın nüvə proqramından narahatdır”
# 16 mart 2007 15:49 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons deyib. Bununla yanaşı, R. Simmons NATO-nun İranın nüvə proqramından narahatlıq keçirdiyini də qeyd edib: “NATO İranın nüvə silahı yaratmaq niyyətindən narahatdır. Bu, çox təhlükəlidir. NATO problemin BMT Təhlükəsizlik Şurası çərçivəsində, danışıqlar yolu ilə həllinə tərəfdardır”. R. Simmons Gürcüstan ərazisinin Rusiya tərəfindən bombardman edilməsi, Azərbaycan hava məkanının isə İran hərbi vertolyotları tərəfindən pozulmasının bu ölkələrin NATO-ya inteqrasiyasının qonşu dövlətlər tərəfindən narahatlıqla qarşılanması kimi qiymətləndirilməsi ilə razılaşmayıb. Onun fikrincə, NATO-ya inteqrasiya maraqlı dövlətin daxili işidir və bundan hansısa başqa ölkənin narahatlıq keçirməsinə ehtiyac yoxdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR