Bank Of Baku

Azərbaycanda NATO üçün iki hərbi hissə ayrılıb

Azərbaycanda NATO üçün iki hərbi hissə ayrılıb
# 16 mart 2007 16:08 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin iki hərbi hissəsi NATO üçün ayrılıb. APA-nın məlumatına görə, bu barədə Bakıda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons bildirib. R. Simmonsun sözlərinə görə, bu hərbi hissələrdən birində sülhməramlı kontingent hazırlanır. Digər hərbi hissəsi isə NATO standartlarının uyğunlaşdırılmasında pilot rolunu oynayır. Gələcəkdə bu hərbi hissə alyansın çevik qüvvələri ilə əməkdaşlıq edəcək.
R. Simmons Azərbaycanın hərbi aerodromlarından birində yaxın vaxtlarda Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı (İPAP) çərçivəsində NATO-nun yardımı ilə yenidənqurma işlərinə başlanacağını da deyib. Onun sözlərinə görə, NATO qüvvələri Əfqanıstanda aparılan sülhyaratma əməliyyatları zamanı Azərbaycanın aerodromlarından istifadə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR