Bank Of Baku

Robert Simmons: “Yaxın zamanlarda Azərbaycanla NATO arasında imzalanmış İPAP proqramı çərçivəsində işlərin qiymətləndirilməsi həyata keçiriləcək”

Robert Simmons: “Yaxın zamanlarda Azərbaycanla NATO arasında imzalanmış İPAP proqramı çərçivəsində işlərin qiymətləndirilməsi həyata keçiriləcək”
# 16 mart 2007 16:08 (UTC +04:00)
“Bütün proses göstərir ki, Azərbaycanla NATO arasında əməkdaşlıq həqiqətən də möhkəmlənir və inkişaf edir. Mən prezident İlham Əliyevlə görüşdüm və o, bizimlə əməkdaşlığın səviyyəsindən razılıq ifadə etdi”. APA-nın məlumatına görə, bu fikirləri NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə səlahiyyətli nümayəndəsi Robert Simmons söyləyib. O, NATO ilə Azərbaycan arasında fərdi əməkdaşlıq planı çərçivəsində görülən işlərin iki ilinin tamam olduğunu deyib: “Bu əməkdaşlıq planı dörd əsas istiqaməti ümumi dəyərləri, müdafiə sahəsində islahatları, fövqəladə planlaşdırma və qarışıq məsələləri və ictimai diplomatiya sahəsini nəzərdə tutur. Bütün bu sahələr üzrə ciddi irəliləyiş əldə olunub. Yaxın zamanlarda fərdi əməkdaşlıq planı çərçivəsində görülən işlərin qiymətləndirilməsi həyata keçiriləcək, sonra isə biz növbəti mərhələdə ikinci planın hazırlanmasına başlayacağıq. Ümumilikdə bu planın yerinə yetirilməsini, xüsusilə də Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin gördüyü işləri müsbət dəyərləndirmək olar, lakin biz həm də digər nazirliklərlə əməkdaşlıq edirik”. Robert Simmons İPAP planının, xüsusilə də “Soyuq müharibə”nin nəticələrinin aradan qaldırılmasının Azərbaycan xalqının rifahına xidmət etdiyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR