Bank Of Baku

AMİP apreldən İran səfirliyi qarşısında aksiyalara başlayacaq

AMİP apreldən İran səfirliyi qarşısında aksiyalara başlayacaq
# 16 mart 2007 16:21 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) apreldən başlayacaq İranın Azərbaycandakı səfirliyinin binası qarşısında piketlər keçirəcək. Bu barədə APA-ya partiyanın təbliğat və mətbuat katibi Əli Orucov məlumat verib. Onun sözlərinə görə, AMİP-in beynəlxalq foruma hazırlaşmasına və bayram günlərinə görə aksiyalar növbəti aya saxlanılıb. Aksiyanın tələblərinin dəyişməyəcəyini bildirən Ə. Orucov yenə də İranda yaşayan azərbaycanlıların hüquqlarının bərpa olunması, həbs edilən hərəkat üzvlərinin azad edilməsinin tələb olunacağını qeyd edib. Ə. Orucov aksiyaların AMİP tərəfindən təyin olunacağını və digər partiyaların da dəvət ediləcəyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR