Bank Of Baku

Robert Simmons: “Ermənistan və Azərbaycan Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədə nəzərdə tutulan kvotanı aşıb”

Robert Simmons: “Ermənistan və Azərbaycan Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədə nəzərdə tutulan kvotanı aşıb”
# 16 mart 2007 16:40 (UTC +04:00)
Hər il biz silahların sayı haqqında məlumat mübadiləsi aparırıq və bu il qeyd etmişik ki, Azərbaycan müqavilə çərçivəsində yol verilən normanı aşan böyük miqdarda alışlar həyata keçirib. Hesab edirik ki, bu məsələni ikitərəfli danışıqlar yolu ilə həll etmək lazımdır”. APA-nın xəbərinə görə, bu sözləri Bakıda keçirdiyi mətbuat konfransında NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya regionları üzrə xüsusi nümayəndəsi Robert Simmons deyib. Azərbaycanda müdafiə naziri postuna mülki şəxsin gətirilməsi məsələsinə toxunan R. Simmons müdafiə nazirinin mütləq mülki şəxs olması barədə tövsiyə irəli sürmədiklərini bildirib: “Biz hər zaman diqqəti ona cəlb edirik ki, Müdafiə Nazirliyinin büdcəsinin hazırlanması və həyata keçirilməsinə mülki nəzarət təmin edilməli və bu məsələ parlament üçün şəffaf olmalıdır. Hesab edirik ki, Müdafiə Nazirliyi daha çox mülkiləşməlidir. Orada texniki işlərlə məşğul olacaq ekspertlər, mülki şəxslər çalışmalıdır. Ancaq bu, o demək deyil ki, biz nazirin mülki şəxs olmasında təkid edirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR