Bank Of Baku

Hakimiyyət nümayəndələri və hüquq müdafiəçilərinin təmsil olunduğu insan haqları üzrə İşçi Qrupun növbəti toplantısı keçirilib

Hakimiyyət nümayəndələri və hüquq müdafiəçilərinin təmsil olunduğu insan haqları üzrə İşçi Qrupun növbəti toplantısı keçirilib
# 17 mart 2007 08:48 (UTC +04:00)
Qrupun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlının APA-ya verdiyi məlumata görə, Milli Məclisin binasında keçirilən iclasa Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəsi Denis Bribosia da qatılıb. S. Qocamanlı bildirib ki, toplantıda Novruz bayramı münasibətilə imzalanması gözlənilən əfv fərmanı ilə bağlı hüquq müdafiəçilərinin təqdimatları müzakirə edilib. Hüquq müdafiəçiləri humanistlik nöqteyi-nəzərindən xəstə məhbusların əfv olunması məsələsini qaldırıblar: “Hakimiyyət nümayəndələri bildirdilər ki, bu təkliflər Əfv Komissiyasının bu günlərdə keçiriləcək növbəti toplantısında müzakirəyə çıxarılaq”.
Hüquq müdafiəçiləri 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələri, 2003-cü ilin prezident seçkiləri zaman baş verənlərlə əlaqədar cəza çəkən, bu və başqa məsələlərlə bağlı mühacirətdə olan şəxslərin barəsində amnistiya elan olunması təklifini də bir daha gündəmə gətiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR