Bank Of Baku

Elmar Məmmədyarov ABŞ-a səfəri çərçivəsində Kondoliza Raysla “Enerji əməkdaşlığına dair anlaşma Memorandumu” imzalayacaq

Elmar Məmmədyarov ABŞ-a səfəri çərçivəsində Kondoliza Raysla “Enerji əməkdaşlığına dair anlaşma Memorandumu” imzalayacaq
# 17 mart 2007 12:58 (UTC +04:00)
XİN-in mətbuat katibi Xəzər İbrahimin APA-ya verdiyi məlumata görə, martın 22-də Elmar Məmmədyarov Kondoliza Raysla görüşəcək. Görüş zamanı iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri “Enerji əməkdaşlığına dair anlaşma Memorandumu” imzalayacaqlar. Bundan başqa, E. Məmmədyarov Dövlət Departamentinin digər yüksək rəsmiləri, ABŞ Administrasiyasının təmsilçiləri ilə danışıqlar aparacaq, Konqresdə görüşlər keçirəcək, Con Hopkins Universitetində çıxış edəcək, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcək, Amerika Dövlətləri Təşkilatının qərargahında olacaq. Nazir Vaşinqtondan sonra Nyu-Yorka gedəcək, orada BMT-nin yeni baş katibi Pan Gi Munla görüşəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR