Bank Of Baku

Parlamentin Nizam-intizam komissiyası Fəzail Ağamalının da məsələsinə baxacaq

Parlamentin Nizam-intizam komissiyası Fəzail Ağamalının da məsələsinə baxacaq
# 19 mart 2007 13:12 (UTC +04:00)
“Hüseyn Abdullayevi Milli Məclisin Nizam-intizam komissiyasının iclasına çağırsaq da, o gəlmədi. Biz onu yarım saat gözlədik”. Bu sözləri MM-in Nizam-intizam komissiyasının sədri Ağacan Əbiyev bildirib. Komissiya sədri deyib ki, MM-in iclası başlayana qədər H. Abdullayevin həbs olunması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. A. Əbiyev məhkəmənin qərarı olmadan H. Abdullayevin mandatını almağın mümkünsüz olduğunu da bildirib. A. Əbiyev, həmçinin, Fəzail Ağamalı ilə bağlı məsələyə də Nizam-intizam komissiyasında baxılacağını istisna etməyib.
Qeyd edək ki, martın 16-da Milli Məclisdə H. Abdullayevlə F. Ağamalı arasında baş verən insidentlə bağlı parlamentin bu gün keçirilən iclasında hər iki deputat iştirak etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR