Bank Of Baku

YAP rəhbərliyi cəbhə bölgəsində olub

YAP rəhbərliyi cəbhə bölgəsində olub
# 19 mart 2007 14:27 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Novruz bayramı münasibəti ilə Ağdam istiqamətində cəbhə bölgəsində N saylı hərbi hissənin əsgərləri ilə görüş keçirib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. YAP rəhbərliyi Novruz bayramı ilə bağlı döyüş bölgəsində əsgərlərlə görüşüb, onlara bayram sovqatı aparıb. Görüşdə YAP icra katibinin müavinləri Mübariz Qurbanlı, Siyavuş Novruzov, YAP-çı millət vəkillərindən Mirkazım Kazımov və Elman Məmmədov da iştirak ediblər. Ön cəbhədə əsgərlər qarşısında çıxış edən Ə. Əhmədov prezident İlham Əliyevin rəhbərliyi altında aparılan ordu quruculuğu işləri, ErmənistanAzərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Döyüş bölgəsində hərbi xidmət keçən əsgərlərin yüksək əhval-ruhiyyədə olduğunu bildirən YAP sədrinin müavini Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunacağına əminliyini ifadə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR